!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Azərreyl” İspaniya klubuna qalib gəldi

!Reklam – Yazi

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/16 finalda İspaniyanın “Avarka de Menorka” komandası ilə qarşılaşıb.

Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların üstünlüyü ilə başlayıb və rəqib ilk setdə 25:23 hesabı ilə qalib gəlib. Lakin “Azərreyl” sonradan təşəbbüsü ələ alıb və ikinci hissədə 25:15 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Növbəti setlərdə (25:19, 25:23) də üstünlüyü əldən verməyən komanda meydandan qalib ayrılıb – 3:1.

Qeyd edək ki, cavab matçı bir həftə sonra İspaniyada baş tutacaq.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv