!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərsilah"ın yaradılmasının ƏHƏMİYYƏTİ: – “Yerli istehsal hesabına orduya...”- EKSPERT

!Reklam – Yazi

“Ortada holdinq faktoru olduqda müstəqil qeyri-dövlət qurumu kimi istehsalat və ixracatla daha rahat məşğul olmaq mümkündür”.

Bu sözləri yeni yaradılan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi haqqında dəyərləndirmə aparan hərbi ekspert Telman Qasımlı Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, növbəti mərhələlərdə ağır texnikaların – tanklar, qırıcı təyyarələr, hava hücumundan müdafiə kompleksləri və s. texnikaların gələcəkdə istehsalı və ixracatıyla bağlı adı çəkilən cəmiyyət tərəfindən işlər həyata keçirilə bilər:

“Qeyd edilən holdinqin yaradılmasında məqsədlərdən biri də budur ki, müdafiə sənayesini müasir standartlara uyğunlaşdırmaq və yerli istehsal hesabına orduya hərbi-texniki dəstək verilməsidir. Sözügedən holdinq qabaqcıl dövlətlərin silah sənayesi həyata keçirən şirkətlərlə müstəqil şəkildə müqavilələrdə iştirak edə bilər.

Bu yaxınlarda Türkiyə, Azərbaycan və Pakistan arasında müştərək şəkildə qırıcı təyyarələri yeniləmək üçün razılıqlar əldə edilmişdir. Düşünürəm ki, bu addım həmin məsələylə bağlıdır.

Növbəti mərhələlərdə ağır texnikaların- tanklar, qırıcı təyyarələr, hava hücumundan müdafiə kompleksləri və s. texnikaların gələcəkdə istehsalı və ixracatıyla bağlı adı çəkilən cəmiyyət tərəfindən işlər həyata keçirilə bilər. Yəni Müdafiə Sənayesi Nazirliyindən kənarda, amma bu qurumun tabeliyi altında yeni istehsalatın açılışı başa düşülür.

Müdafiə Sənayesi Nazirliyi dövlət qurumu olduğu üçün bir çox layihələrin həyata keçirə bilmir. Lakin ortada holdinq faktoru olduqda müstəqil qeyri-dövlət qurumu kimi istehsalat və ixracatla daha rahat məşğul olmaq mümkündür”.

Yusif Səmədzadə

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv