!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərsu"dan növbəti ÖZBAŞINALIQ: Xəbərdarlıq adı altında TƏHDİD - FOTO

!Reklam – Yazi

“Azərsu” ASC-nin vətəndaşlara xəbərdarlıq formasındakı qeydi kəskin narazılıqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşlan şəkillərdə “Azərsu” əməkdaşlarının vətəndaşların qapısına asdığı xəbərdarlıq elanlarının mətni etiraza səbəb olub.

Belə ki, “Azərsu” tərəfindən su borcu yaranan vətəndaşlara belə bir mətnlə xəbərdarlıq edilib:

“Hörmətli Abonent! Zəhmət olmasa, suya olan borcunuzu gün ərzində ödəniş edib aşağıda qeyd olunan nömrəyə qəbzin şəklini göndərin. Əks halda, su xəttiniz birtərəfli qaydada dayanacaq. “Whatsapp”: 050 630 77 62″

Aşağıda paylaşılan fotodan da gördüyü kimi, “Azərsu” tərəfindən vtəndaşlara göndərilən mətndə Azərbaycan dilinin qaydaları kobud şəkildə pozulub. Bununla belə, əsas məsələ texnologiyanın inkişafının pik həddinə çatdığı bir zamanda suya olan borclarını ödəyib onlardan qəbzin şəklini “Whatsapp”a göndərməyi istəməkdir.

Bir vətəndaş tərəfindən paylaşılan sözügedən fotonun altına yüzlərlə belə şərh yazılıb və qurumun hədə tipli xəbərdarlığı, həmçinin qəbzin şəklinin qeyd olunan nömrəyə göndərilməsini tələb etməsi kəskin etiraza səbəb olub.

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv