!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərsu”nun qərarı suyun qiymətinə təsir edəcək?: “Taariflərin artırılmasına…”- İqtisadçı RƏYİ

!Reklam – Yazi

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Buna səbəb olaraq sudan səmərəli və qənaətlə istifadə edilməsi göstərilir.

Bu qərar içməli suyun qiymətinin artmasına gətirib çıxaracaqmı?

Yenicag.az-a açıqlama verən iqtisadçı Nazim Bəydəmirli qiymət artımının ola biləcəyini ehtimal edir:

“Ümumiyyətlə kommunal xidmət göstərən dövlət şirkətləri müxtəlif subsidiyalar almaqlarına rəğmən, hələ də keyfiyyətli xidmət göstərmirlər.

Oğuz-Qəbələ Bakı su xətti çəkilən zaman qeyd edilmişdi ki, Bakı şəhərində, Abşeronda su ilə bağlı hər hansı qrafikin olması zərurəti ortadan qalxacaq. Eynilə qrafik dəyişikliyinin sudan səmərəli istifadə edilməsi ilə əlaqələndirilməsi də kökündən yanlış bir fikirdir. Onsuz da vətəndaş sudan nə qədər çox istifadə edirsə, bir o qədər vəsait ödəyir. Ona görə də bu sual gündəmdən düşməlidir.

İqtisadçı amma sudan qənatlə istifadə etmək həm də bir maariflənmə mövzusu olduğunu da vurğulayıb: “Bu, həm vətəndaşa, həm də dövlətə vacibdir”.

“Qiymət artımına gəlincə, onsuz da vətəndaşlar kommunal xidmətlərdən ümumilikdə narazıdırlar. Bu da şəffaf idarəetmə olmamasından, onların üzərində ictimai nəzarətin zəif olmasından qaynaqlanır.

Azərbaycan təcrübəsindən çıxış etsək, əksər vaxtlar tariflər maya dəyərinə uyğunlaşdırılmır. Əsasən səmərəsiz xərcləmələr nəticəsində maya dəyərini şişirdib bir çox hallarda keyfiyyəti artırmaq bəhanəsi ilə Taarif Şurasına müraciət olunur.

Nəticə etibarı ilə qiymətlər artır. Bu təcrübədən çıxış etsək, artım ola bilər. Və bunu onunla əsaslandıra bilərlər ki, guya keyfiyyətin yaxlaşdırılması məqsədi ilə taariflərin artırılmasına ehtiyac var”, – deyə iqtisadçı qeyd edib.

Cəvahir

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv