Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AzTU-da struktur dəyişiklikləri edildi

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

AzTU-dan Yenicag.az-a verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq AzTU-da bir sıra struktur dəyişiklikləri edilib.

Universitet üzrə aparılan optimallaşdırmanı nəzərə alaraq, Tədris hissəsinin “Tədris işlərinin təşkili” və “Keyfiyyətin təminatı” şöbələrinin birləşdirilməsi və onların bazasında “Tədris işlərinin təşkili və keyfiyyətin təminatı” şöbəsinin yaradılması qərara alınıb. AzTU-da hüquqi işin təşkilini daha keyfiyyətli formada həyata keçirmək üçün Hüquq Sektorunun yaradılması barədə qərar qəbul olunub. İclasda, həmçinin Magistratura və doktorantura şöbəsinin bazasında Magistratura və Doktorantura şöbələrinin yaradılması ilə bağlı razılığa gəlinib. Bundan başqa, AzTU-nun nəzdində “Gənc texniklər” İnternet Liseyin yaradılması və universitetin publik hüquqi şəxs statusu alması ilə bağlı işlərin icrasına başlanılıb.

Loading...

www.yenicag.az

277
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100