!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AzTV-dən İranın hərbi təhdidlərinə TUTARLI CAVAB: “Azərbaycan-Türkiyə birliyi qarşısında aciz qalacaqlar” – VİDEO

!Reklam – Yazi

 

Azərbaycanın dövlət televiziyası (AzTV) ölkəmizə qarşı təhdidlərini artıran İranın fars-molla rejiminin riyakar siyasətinə dair effektli süjet yayımlayıb.

Yenicag.az xəbər verir ki, AzTV-nin rəhbəri Rövşən Məmmədovun ötən bazar günü yayımlanan “Həftə” verilişində təqdim etdiyi materialda Tehranın antiAzərbaycan siyasəti sərt ritorika ilə tənqid olunub və İran rejiminə kəskin mesajlar ünvanlanıb.

Son həftələrdə İranın Azərbaycana yönəlik təhdidlərinin artması fonunda media və sosial şəbəkələrdə Tehrana göstərilən ağır təpkilərə dövlət televiziyasının da qoşulması rəsmi Bakının fars-molla rejiminə açıq, o cümlədən adekvat cavab üçün hərəkətə keçdiyi anlamında qəbul edilməkdədir.

AzTV-də ötən bazar günü qurumun rəhbəri Rövşən Məmmədovun təqdimatında yayımlanan “Həftə” verilişində İranın antiAzərbaycan siyasətini sözün tam mənasında darmadağın edən təqribən 12 dəqiqəlik süjetin efirə verilməsi Azərbaycanın fars-molla rejiminin atdığı “əlcəyi” qaldırması mənasına gəlir.

Qeyd olunan süjetdə İranın Azərbaycan ərazilərinin 30 illik erməni işğalı dönəmində səssiz qaldığı, “sərhədlərin dəyişməzliyinin yolverilməzliyi” haqda danışmaması, Ermənistanın “nəfəsliyinə” çevrilməsi, işğal altındakı ərazilərimizdən narkotrafik kimi yararlanması, sərhədlərimizdə genişmiqyaslı hərbi təlimlər keçirməsi kimi mövzulara toxunulub və bunlara kəskin münasibət bildirilib.

Süjetin final akkordu isə Ermənistanın hamiləri – İran, Rusiya və Fransanın Azərbaycan-Türkiyə birliyi-qardaşlığı qarşısında aciz qalacaqlarının bəyan edilməsi ilə vurulur.

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv