!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AzTV-ni bir neçə saat ərzində ləğv etmək mümkündür” – Eldar Namazov

!Reklam – Yazi

“Fəaliyyət göstərən digər telekanalların heç biri dövlət televiziyasından o qədər də fərqlənmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ləğv olunaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin tərkibinə qatılacağına dair yayılan məlumata münasibət bildirən Prezident Administrasiyası Katibliyinin sabiq rəhbəri Eldar Namazov deyib.

Eldar Namazovun fikrincə, mövcud vəziyyətdə dövlət televiziyası anlayışı artıq ciddi qarşılanmır:

“Təbii ki, mümkün olmayan bir məsələ yoxdur. Dövlət televiziyasının ləğvi ilə bağlı siyasi iradə olarsa, bu məsələni bir neçə saat ərzində həll etmək mümkündür.

Bilirsiz, Azərbaycanda yaranmış indiki durumda dövlət televiziyası anlayışı artıq yersiz görünür. Çünki fəaliyyət göstərən digər telekanalların heç biri dövlət televiziyasından o qədər də fərqlənmir.

Yəni onlar da dövlətin apardığı siyasəti dəstəkləyirlər və öz proqramlarını, planlarını da buna uyğun şəkildə qururlar. Belə bir vəziyyətdə dövlət televiziyası anlayışı ciddi qarşılanmır.

Hesab edirəm ki, dövlətin belə bir yükün altından çıxmaq qərarı olsa və dövlət televiziyası özəl, yaxud ictimai kanalla birləşdirilsə, bunun yalnız müsbət nəticəsi olar.

Güman etmirəm ki, belə bir addım atılarsa, bu qərara qarşı müqavimət olsun”.

A.Zeynalov

www.yenicag.az

4278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv