!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AzTV-nin əməkdaşı həkim məsuliyyətsizliyinin qurbanı oldu? - AÇIQLAMA/YENİLƏNDİ/FOTO

!Reklam – Yazi

24 yaşlı gəncin əməliyyatdan sonra ölməsi həkim məsuliyyətsizliyindən qaynaqlanmayıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Azərbaycan Televiziyasının (AzTV) mətbuat katibi Rüfət Seyidov məlumat verib. O qeyd edib ki, AzTV-nin vəfat edən əməkdaşının ailəsi hadisədə həkim səhvinin olmadığını bildirib:

“Ailədən aldığımız məlumata görə, sürücümüz Vüqar Rəsulov dekabrın 1-də özəl xəstəxanalardan birində mədəkiçiltmə əməliyyatı olunub. Əməliyyat uğurlu keçib, xəstə evə buraxılıb. Ailəsinin bildirdiyinə görə, evə gələndən sonra Vüqar çox susadığını deyib, su istəyib. Həkim suyu çox az və damcı-damcı içməyi tapşırsa da, Vüqar buna əməl etmədən birdən-birə xeyli su qəbul edib. Bundan sonra sürətlə halının pisləşdiyini müşahidə ediblər. Gənc oğlan atasına onu çox istədiyini deyib və qucaqlayıb. Ailəsi vəziyyətinin çox pis olduğunu görərək, dərhal təcili yardım çağırsa da, Vüqar xəstəxanaya aparılarkən, yolda keçinib.

Hazırda əməkdaşlarımız Şəkidə dəfn mərasiminə qatılıblar. Gənc əməkdaşımızın vəfatına çox təəssüflənirik, ailəsinə başsağlığı və səbir diləyirik”.

***

10:22

Azərbaycan Televiziyasının (AzTV) vəfat edən əməkdaşı mədəkiçiltmə əməliyyatı etdiribmiş.

Bununla bağlı Oxu.Az-a AzTV-nin mətbuat katibi Rüfət Seyidov məlumat verib.

O qeyd edib ki, telekanalda sürücü işləyən 24 yaşlı Vüqar Rəsulov vəfatından cəmi bir gün öncə mədəkiçiltmə əməliyyatı etdirib.

Qeyd edək ki, mərhum bu gün Şəkidə dəfn ediləcək.

***

09:46

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Vüqar Rəsulov 24 yaşında vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Mərhumun mədəkiçiltmə əməliyyatından iki gün sonra dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, V.Rəsulov AzTV-də sürücü vəzifəsində çalışırdı.

 

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv