!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AzTV-nin işdən çıxan baş rejissoru danışdı: "Sadəcə getmək vaxtı idi" - FOTO

!Reklam – Yazi

“Rövşən Məmmmədovla iş birliyimiz, yoldaşlığımız olduğuna görə peşman deyiləm”.

Yenicag.az xəbər verir ki, bu sözləri vəzifəsindən getməsinin səbəbinin xoşagəlməz hallarla əlaqələndirilməsinə münasibət bildirən AzTV-nin baş rejissoru Ziya Ağa deyib.

Onun sözlərinə görə, vəzifəsindən azad olunmasında neqativ amillərin axtarılması təəssüf doğurur:

“Bu ölkədə insan vəzifədən getməyə qorxur. Həmin an “İNSAN”ların düşüncələrində yalnız neqativ məqamların toxumları cücərir.

“Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri” QSC-nin baş rejissoru vəzifəsindən ayrılmağımla bağlı bəzi qeyri-peşəkar xəbər portalları yalnış başlıqlar yazaraq, insanları süni formada cəlb edərək xəbəri oxutmaq istəyirlər. Halbuki, xəbərin içərisi tamam başqadır. Əvvəla, dəqiq faktı təqdim edim sizə…

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyevadan müsahibə alıblar. O, bildirib ki, Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb, onun yerinə hələlik təyinat yoxdur.

Mənim üçün hələ də doğma olan cəmiyyətdə çox maraqlı və yararlı təcrübəm oldu. Rövşən Məmmmədovla iş birliyimiz, yoldaşlığımız olduğuna görə peşman deyiləm. Əməkdaşlar ilə hələ də davam edən münasibətlərimiz yarandı. Qısası, üç illik fərqli və əyləncəli bir təcrübəm oldu. Sadəcə getmək vaxtı idi. Vəssəlam…

Sadəcə sizlərə – “jurnalistlərə” bir sualım var. Mütləqdir ki, kimsə işdən yalnız problemlər yaşayaraq çıxsın?! Olmaz ki, “Azadlıq imtina etməyi bacardığın andan başlayır”, “Bu həyatı sadəcə yaşamaq lazımdır”, “Ruhun istəyi, tələbi ən vacibidir” və s. kimi mənim üçün ən öndə gedən faktorları, tezisləri gözardı etməyəsiniz?!

Hamı eyni deyil axı. Başa düşürəm, anlayıram… Çoxunuz nəyin bahasına olursa-olsun, VƏZİFƏ-dən uzaqlaşmayanlar, onun eşqi ilə durmadan özünüzü, ətrafınızı çirkləndirən insanlarsınız. Unutmayın, vəzifə sənin adın deyil, xidməti bir məqamdır. Həmin məqamda məsuliyyətli olduğun hər kəsə və hər şeyə xidmət etmək üçün o kresloda oturmalısınız, sizə xidmət etməkləri üçün yox… Yəni, qapınızın üstündə adınız yox,vəzifəniz yazılmalıdır.

Məni dinlədiyiniz üçün təşəkkür edirəm! Hər birinizi sevirəm, sevməyə çalışıram”.

Gülşən Şərif

www.yenicag.az

1295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv