!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azxeber.com-un 13 yaşı tamam olur

!Reklam – Yazi

Bu gün Azxeber.com xəbər portalının yaranma günüdür.

Yenicag.az xəbər verir ki, portalın 13 yaşı tamam olur.

İnformasiya portalı 2010-cu il aprel ayının 13-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılıb.

Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.
Sayt sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

Belə ki, portalın rəsmi “Facebook” səhifəsini 600 min, “Instagram”da isə 700 min insan izləyir.

Eyni zamanda, portalın “Twitter” və “YouTube”da fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

Yenicag.az kollektivi adından həmkarlarımızı təbrik edirik!

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv