!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azyaşlı şagirdi zorakılığa məruz qalan 6 saylı məktəbin rəhbərliyinə CƏZA

!Reklam – Yazi

“6 saylı məktəbdə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib”.

Yenicag.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.

O bildirib ki, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.

Həmçinin, M.Vəliyeva bildirib ki, 6 nömrəli məktəbdə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib.
O qeyd edib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib:

“Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin, II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib”.

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv