Kanadanın baş naziri Stiven Harper vəzifəsini tərk edib
Harper oktyabrın 19-da keçirilən parlament seçkilərində rəhbəri olduğu Mühafizəkarlar Partiyasının Liberal Partiyasına məğlub olmasından sonra bu addımı atıb.
“Son 9 ildə sizin baş naziriniz olmağımla fəxr edirəm. Bu, əla təcrübə idi. Seçkilərin nəticəsi bizi qane etməsə də, xalqın heç zaman yanılmadığını deməliyəm”, – Harper deyib.
Liberal Partiyası 2006-cı ildən sonra ilk dəfə parlament seçkilərində qələbə qazanıb. Beləliklə, partiyanın lideri Castin Trüdo Stiven Harperi əvəzləyərək Kanadanın 23-cü baş naziri olacaq.
www.yenicag.az