!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Baba Vəziroğlu: “Zirvələr uzaqdan uca görünür”

!Reklam – Yazi

“Uzun illər öncə dediyim misraları yenidən təkrarlamaq istəyirəm: Sən elə bir zirvəsən, küləklər neyləyəcək, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”.

Bu fikirləri Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu bu gün 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevlə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

O, ümumilli liderimizi Tanrının Azərbaycan xalqına hədiyyəsi kimi dəyərləndirib:

“Bəzən insana elə gəlir ki, ulu öndərlə bağlı deyilənlərə, yazılanlara, çəkilənlərə nəsə əlavə etmək çətindir. Amma Heydər Əliyev zaman etibarı ilə bizdən nə qədər uzaqlaşsa da, mənim bir zaman yazdığım kimi “zirvələr uzaqdan uca görünür, aydın görünür”. Ona görə biz bu dahi şəxsiyyətin xalqımızın, məmləkətimizin taleyində rolunu bir daha dərk edib, bir daha qiymətləndiririk. Ulu öndər Tanrının Azərbaycan xalqına bir töhfəsidir.
İndi Şuşadayam, mayın 10-u Heydər Əliyevin doğum günü burada təmtəraqla qeyd olunur. Fəxr edirəm ki, ulu öndərlə dəfələrlə Şuşada mədəniyyət tədbirlərində iştirak etmişik, onunla bərabər səfərlərə çıxmışıq, oturub çay içmişik. İndi ürəyimdə qəribə kədər hissi də var ki, kaş Heydər Əliyev abad, azad Şuşumızı görəydi. Amma bir tərəfdən də təsəllim budur ki, onun ən böyük arzusunu, vəsiyyətini oğlu, siyasi varisi, müzəffər Ali Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi.

Doğrudan da Şuşada xoşbəxt olmamaq mümkün deyil. Bu xoşbəxtliyi bizə yaşadan ulu öndərimizə, cənab Ali Baş Komandanımıza eşq olsun. Uzun illər öncə dediyim misraları yenidən təkrarlamaq istəyirəm: Sən elə bir zirvəsən, küləklər neyləyəcək, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”.

Cəvahir

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv