!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Babayan separatçı liderləri Azərbaycanı təxribata çəkməkdə İTTİHAM EDİR

!Reklam – Yazi

Babayan separatçı liderləri Azərbaycanı təxribata çəkməkdə ittiham edir.

Yenicag.az xəbər verir ki, separatçıların keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayan bu barədə erməni mətbuatına müsahibəsində bildirib.

O, Xankəndidəki qondarma rejimin “parlament”inə daşnakın başçı seçilməsini yanlış hesab edir.

“Bu gün biz Azərbaycanla danışıqlar masası arxasına oturmağa çalışırıq və belə bir məqamda hakimiyyətdə olan ikinci şəxsin daşnak olmasını düzgün hesab etmirik. Biz bunun yanlış olduğuna inanırıq və bu qərarla razılaşmırıq. Ona görə də əleyhinə səs verdik və düzgün də etdik. Zaman göstərəcək ki, biz haqlı idik və bunun sabitlik olduğunu düşünənlər “sabitlik” anlayışının özünü başa düşmürlər. Baş verənlər sabitliyə tamamilə ziddir, gərginlik yaradır”, – Babayan bildirib.

Məsimə

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv