!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Babək Səmidlinin dedikləri həqiqəti əks etdirir" - Ehtiyatda olan POLKOVNİK

!Reklam – Yazi

“Babək Səmidlinin dediklərinin fonunda görülən işlərə baxanda deyə biləcəyim tək şey var, eşq olsun Azərbaycan ordusuna”.

Bu şəhid polkovnik Babək Səmidlinin yayılmış səs yazısı və ortaya çıxan gerçəkləri şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Babək Səmidlinin dedikləri həqiqəti əks etdirir:

“Müharibə vaxtı şimal istəqaməti ən çətin istiqamət idi. Onlar həm hücum edib torpaqlarımızı işğaldan azad etməli idilər, həm də böyük bir ərazinin müdafiəsini təşkil etməli idilər. Babək Səmidlinin səs yazısı ilə bəzi faktlar aşkara çıxıb. Babək Səmidli səmimi şəkildə danışıb, ola bilsin heç onun səsinin yazılmasından özünün xəbəri olmayıb. Babək Səmidli Zəfər ordenli şəhidimizdir. Onu şəxsən tanıyırdım. Savadlı, intelekti olan, şəxsi heyəti ruhlandıra bilən bir zabit idi. Harada xidmət etməyindən aslı olmayaraq öz sözünü deyən idi.

Bəziləri səhər deyir, səs yazısı ona məxsus deyil, axşam deyir ki, “mən yazanda məni qınayırlar”. Hamısı yalan danışır. O səs yazısı Babək Səmidliyə məxsusdur. Xüsusən xaricdə oturan bəziləri Babək Səmidli haqqında xoşagəlməz sözlər işlədir. Babək Səmidlinin dedikləri doğrudursa, əminəm ki, doğrudur, çünki onu tanıyırdım və yalan danışdığını eşitməmişəm, demək ki, korpus qarşısına qoyulan tapşırığı yerinə yetirib, bu, böyük bir qələbə deməkdir.

Bildiyimiz kimi 44 günlük müharibə başa çatandan sonra bəzi söz-söhbətlər var idi ki, Birinci Ordu Korpusu istiqamətində əməliyyat uğursuz olub. Əminliklə deyə bilərəm ki, korpus verilən tapşırığı yerinə yetirib. 44 gün ərzində həm Suqovuşan və bir neçə önəmli yüksəklikləri işğaldan azad edib və manevrlərlə düşməni yayındırıb. Babək Səmidlinin dediklərinin fonunda görülən işlərə baxanda deyə biləcəyim tək şey var, eşq olsun Azərbaycan ordusuna. Çoxları çox şey danışacaq, ancaq reallıq tarixdə qalacaq”.

Səxavət Məmməd

www.yenicag.az

1304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv