!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bacı-qardaş buna görə öldürülüb - Dəhşətli qətlin TƏFƏRRÜATI

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Goranboy rayonunda torpaq sahəsindən bacı-qardaşın meyiti tapılıb.

Yenicag.az-a verilən məlumatda bildirilib ki, hadisə torpaq üstündə baş verib.

Məlumata əsasən, Qarasüleymanlı kənd sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyevə məxsus pay torpaq sahəsində uzun illər 1970-ci il təvəllüdlü Pərviz Namazov və onun bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazova əkin əkib. Uzun illər həlli tapılmayan torpaq məsələsinin aydınlaşdırılması üçün məhkəməyə müraciət edilib. İlk məhkəmə Namazovlar ailəsinin, apellyasiyadan sonra isə son qərar İlham Haqverdiyevin xeyirinə təsdiqlənib.

Son məhkəmədən sonra İlham Haqverdiyev mübahisəli əraziyə gələrək son məhkəmə qərarının lehinə olduğuna əsaslanaraq, Namazovların həmən torpaqlardan çıxmalarını tələb edib. Məhkəmə qərarı olmasına baxmayaraq  tərəflər yenidən anlaşa bilməyib və mübahisə qanla bitib.

Xatırladaq ki, Qarasüleymanlı kəndinda yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və onun bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın üzərində kəsici alətlə yetirilmiş xəsarətlər olan meyitləri aşkar edilib. Qətli törətməkdə şübhəli bilinən Qarasüleymanlı kənd sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv