Reklam

Reklam

Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsin adı məlum olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi Ə.Nəsibovu şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib.

İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, qətlə yetirilən Ə.Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qızın qardaşı T.Hacıyev onu söhbət etmək üçün çağırıb və Ə.Nəsibovu öldürüb.

Hadisəni törədən şəxs daha sonra qaçıb.

Hazırda hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1406
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."