!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bacısının itkisindən sarsılan Nazpəri: “Son ana qədər deyirdim ki, sağalacaqsan”

!Reklam – Yazi

“Çox ağırdır, bacımın itkisi məni çox sarsıtdı”.

Bunu bacısı Zeynəb Dostəliyevanın qəfil ölümündən sarsılan Xalq artisti Nazpəri Dostəliyeva Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti bacısının sağalmağa doğru getdiyini, lakin qəfildən həyatını itirdiyini bildirib:

“Onun sağalması üçün əlimdən gələn hər şeyi etdim, amma xilas edə bilmədim. Həkimlər əlindən gələni etdi, amma dava-dərman kömək olmadı. Böyrəklərində də problem yarandı, bədəni sistemi götürmədi. Çünki xəstəlik öz işini görmüşdü. Artıq gec olduğunu mən də bilirdim, amma ümidlə yaşayırdım. Ona da ümid verirdim. Deyirdim sağalacaqsan, oğlunu evləndirəcəyik, gözəl günlər yaşayacaqsan. Yeri cənnət olsun bacımın”.

Cəvahir

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv