Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Badamdardakı sürüşmə ərazisində drenaj quyuları qazılıb – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Səbaildə baş verən torpaq sürüşməsi ilə bağlı məlumat yayıb.

FHN-dən Yenicag.az-a daxil olan məlumatda deyilir:

“Xəbər verildiyi kimi, 28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

Ərazidə mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə bu gün səhər saatlarında nazir müavini Ragim Lətifov və Nazirliyin aidiyyəti vəzifəli şəxsləri, o cümlədən mütəxəssisləri hadisə yerində olublar.

Qeyd edək ki, sürüşmənin dünən eyni vaxtda Xəzər dənizində baş vermiş kifayət qədər güclü zəlzələ ilə əlaqədar olduğu ehtimal edilir. Sürüşmə zonasından müəyyən məsafədə yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında Nazirlik tərəfindən 3 ədəd 30 metr dərinliyində və 3,5 metr diametrində drenaj quyuları qazılıb, istinad divarlarlı çəkilərək terraslama işləri aparılıb. Bunun nəticəsi olaraq işlər başa çatmış ərazidə heç bir sürüşmə hadisəsi baş verməyib. Dünənki sürüşmə layihənin davam etdiriləcəyi ərazidə baş verib. Xatırladaq ki, layihə hələ bitmədiyindən və ərazidə stabilləşmə prosesləri baş vermədiyindən lokal sürüşmə hadisələri hələ də gözlənilir. Vəziyyət tam nəzarət altındadır”.

Loading...

www.yenicag.az

211
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100