!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağça müdiri olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

!Reklam – Yazi

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Yenicag.az-a bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 14-dən 21-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv