Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bağdadda nümayişçilərə atəş açıldı - 50 nəfər öldü

İraqın paytaxtı Bağdadda dekabrın 6-da axşam saatlarına silahlı şəxslərin etiraz aksiyası keçirənləri atəşə tutulması nəticəsində ən azı 50 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, dekabrın 6-da axşam saatlarında mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına gələrək burada toplaşan nümayişçilərə atəş açıb. Atışmanın bir neçə saat davam etdiyi bildirilir.

Silahlı təxribatın arxasında kimin dayandığı hələ ki, müəyyənləşdirilməyib. Lakin bildirilir ki, hücum nümayişçilərə qarşı dəfələrlə silah işlətməkdə ittiham olunan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunmayıb.

Xatırladaq ki, İraqda yaşayış şəraitinin pisləşməsi, artan işsizlik, korrupsiyaya qarşı oktyabrın 1-dən etibarən etirazlar başlayıb. Etirazlarda 400-dən artıq şəxs həlak olub, minlərlə insan yaralanıb və həbs edilib.

Ölkənin baş naziri Adel Abdul Mahdi öz istefasını parlamentə təqdim edəcəyini bildirib./APA/

www.yenicag.az

364
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM