!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağlı qalan quru sərhədləri: "Bizim bilmədiyimiz şeylər də var" - Ekspert

!Reklam – Yazi

“Siyasi təhlükəsizlik səbəbi vətəndaşlarımızın xaricə çıxması ilə əlaqəli deyil”.

Bu fikirləri Azərbaycanda quru sərhədlərin bağlı saxlanılması haqqında danışan iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında səsləndirib.

 

Əkrəm Həsənov bildirib ki, quru sərhədlərin açılmaması karantinlə bağlı deyil:

“Artıq pandemiya təhlükəsi başa çatıb. Bütün ölkələrdə quru sərhədləri açılıb. Bizim bilmədiyimiz şeylər də var. Burada iki problem var. Vətəndaşlarımızın xaricə getməsi və xaricilərin bura gəlməsi. Mən düşünürəm ki, siyasi təhlükəsizlik səbəbi vətəndaşlarımızın xaricə çıxması ilə əlaqəli deyil.

Quru sərhədlə Gürcüstan, Türkiyə və sairə kimi ölkələrə getmək daha rahatdır. Yenə də ciddi bir iqtisadi problem yoxdur. Amma xarici turistlərin quru sərhədlə ölkəmizə gələ bilməməsi iqtisadi məsələdir. Hər kəs təyyarə ilə gəlmir. Ona görə də turizm sektoru bir az geriyə düşə bilər. Mən düşünürəm ki, rəhbərliyimiz üçün təhlükəsizlik məsələləri turizmdən daha vacibdir”.

Şahanə Paşa

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv