!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağlı sərhədlərin İQTİSADİYYATA TƏSİRİ: Dövlət qurumlarının mövqeləri niyə “toqquşur?

!Reklam – Yazi

“Vəziyyətlə əlaqədar olaraq sərhədlərin bağlı saxlanılmasının ölkə iqtisadiyyatına mənfi təsirindən söhbət gedə bilməz”.

Bu fikirləri ölkənin quru sərhədlərinin bağlı qalmasının iqtisadiyyata təsiri ilə bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovla Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun ziddiyyətli mövqe bildirmələri haqda danışan Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, bu məsələdə adları çəkilən qurumların hərəsinin öz arqumentinin olması mümkündür:

“Sərhədlərin bağlı olmasının yük daşınmalarına təsiri yoxdur. Çünki mövcud şəraitdə də iqtisadiyyatın əsasını təşkil edən yük daşımaları fasiləsiz həyata keçirilir.

Tətbiq olunan məhdudiyyətlər yalnız vətəndaşların quru yolu ilə xaricə getmələrinədir. O baxımdan, vəziyyətlə əlaqədar olaraq sərhədlərin bağlı saxlanılmasının ölkə iqtisadiyyatına mənfi təsirindən söhbət gedə bilməz.

Bu, mənim şəxsi fikrimdir. Gömrük Komitəsi ilə Mərkəzi Bank rəhbərliyinin mövqelərində fərqli yanaşmalara gəldikdə, yəqin ki, onların hər birinin öz arqumentləri var”.

Nəsimi Ələsgərli

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv