!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bahalaşan dolların Azərbaycana MÜMKÜN TƏSİRİ: “Bir müddət əvvəl avro ilə bağlı da eyni proses...”

!Reklam – Yazi

“İndiki şəraitdə Avropa və digər ölkələrdən hər hansı məhsul idxal etdikdə, bu, daha ucuz başa gəlir”.

Bu fikirləri dolların bahalaşmasının qlobal maliyyə bazarlarına mümkün təsirini şərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bəhs edilən prosesin Azərbaycan üçün problem yaradacağı gözlənilmir:

“İndi müşahidə edilən prosesi dolların bahalaşması kimi qiymətləndirmirəm. Bu, dolların bahalaşmasından çox, digər sanballı valyutaların ucuzlaşması ilə bağlı hadisədir.

Ümumniyyətlə, vəziyyətə nəzər saldıqda, o qədər də böyük bahalaşmanın qeydə alınmadığını görə bilərik. Bir müddət öncə bunun əksi – avronun bahalaşma prosesi yaşanıb. İndi isə dolların timsalında belə bir prosesin şahid oluruq.

Hər bir halda bunun Azərbaycana o qədər də ciddi təsiri olmayacaq. Ona görə ki, bizim milli valyutamız elə dollara bağlıdır və istər xarici valyuta ehtiyatlarımız, istərsə də neft-qaz ixracından daxil olan gəlirlərimiz dollarla ifadə olunur.

Bu səbəbdən, bəhs etdiyimiz prosesin bizim üçün problem yaradacağını düşünmürəm. Əksinə, digər valyutaların ucuzlaşması bizim xeyrimizə olan amildir. Çünki biz indiki şəraitdə Avropa və digər ölkələrdən hər hansı məhsul idxal etdikdə, bu, daha ucuz başa gəlir”.

Yusif Səmədzadə

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv