!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bahalaşma-maaş "QARŞIDURMA"SI: "Bazar qiymətləri ilə əhalinin aldığı məvacib arasında..."

!Reklam – Yazi

“Təmsil olunduğu sahədə müavinətlərin artırılması ilə bağlı çıxışlar görüntü xatirinədir”.

Bunu Milli Məclisdəki büdcə müzakirələrində ümumi yox, müəyyən sahələrə şamil olunan maaş artımı barədə söylənilən fikirlərə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, ümumilikdə minimum əməkhaqqı qaldırılmalıdır:

“Maaşların artımı ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Kimisi öz təmsil olunduğu peşədə maaşların artımını, kimisi isə yaxın olduqları rəhbərlər üçün əmək haqqının qaldırılmasını istəyir. Ümumi götürsək, minimum əməkhaqqı qaldırılmalıdır. Çünki hazırda bazar qiymətləri ilə əhalinin aldığı məvacib arasında çox böyük ziddiyətlər var. Bahalaşma sürətlə gedir, əməkhaqqı isə necə var, elə də qalıb.

Dövlət yaranan vəziyyətlə bağlı hər şeyi nəzərə alacaq. Əməkhaqqının az olduğu sahələrdə, həqiqətən də, artıma ehtiyac var. Yəqin ki, büdcə müzakirələrinin son variantında hər şey nəzərə alınacaq.

Maliyyə naziri Samir Şərifov çıxışında dünya bazarında neft və qazın ucuzlaşmasının müəyyən qədər büdcəyə təsir edəcəyini vurğuladı. Bu səbəbdən dövlət hər şeyi hesablamalıdır. Sosial müavinətlər, pensiyalar, əməkhaqları düzgün balansla hesablanmalıdır.

Maliyyə strukturları ilə digər səlahiyyətli qurumlar birlikdə fəaliyyət göstərəcək və dövlət büdcəsində mədaxil-məxaric nəzərə alınmaqla növbəti ildə müəyyən sahələrdə həm əməkhaqqının, həm də pensiyaların, sosial müavinətlərin artırılmasının şahidi olacağıq.

Yaxın, yaxud təmsil olunduğu sahədə müavinətlərin artırılması ilə bağlı çıxışlar görüntü xatirinədir. Özünüreklamdan başqa bir şey deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv