!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BAHALAŞMA PROSESİ: “Ölkədə sahibkarlığa maraq azalıb”

!Reklam – Yazi

“Xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda hər iki ölkə taxıl sazişi üzrə razılığa gələ bilmədilər ki, bunun da bahalaşma prosesinə təsiri olacaq”.

Bu sözləri avqust ayı üzrə bir çox məhsulların bahalaşması və prosesin davam etməsi ehtimallarına münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasda qeyd edib.

O həmçinin bildirib ki, Mərkəzi Bankın statistikaları biznes kreditlərinin azalmasını göstərir ki, bu ölkədə sahibkarlığa olan marağın azalması deməkdir:

“Mənzərəyə ümumən nəzər salsaq, əlbəttə ki, bahalaşma davam edəcək. Lakin posesin templərini proqnozlaşdırmaq çətindir. Əsas səbəblərdən biri də dünyada gedən geosiyasi gərginliklə izah olunur. Xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda hər iki ölkə taxıl sazişi üzrə razılığa gələ bilmədilər ki, bunun da bahalaşma prosesinə təsiri olacaq.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda iqtisadi aktivlik də zəifləyib. Eyni zamanda Mərkəzi Bankın statistikası da biznes kreditlərinin azaldığını göstərir. Bu isə ölkədə sahibkarlığa olan marağın azalması deməkdir. Səbəblərdən biri də sahibkarlıq üçün normal şəraitin yoxluğudur. Tələbatların artması ilə qıtlıq da yaranmaqdadır. Bu tendensiyanın davam etməsi gözlənilsə də, hansı templə davam edəcəyini indidən söyləmək çətindir”.

Yusif Səmədzadə

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv