!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bahalaşmada yeni dalğa: Pandemiyanın qiymətlərə təsiri - İqtisadçıdan İZAHAT/VİDEO

!Reklam – Yazi

Pandemiya dönəmində dünya bazarında ərzağın qiymətinin qalxması Azərbaycana da təsirsiz ötüşməyib.

İqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında bunun səbəbini idxaldan asılılıq, eləcə də bölgələrlə paytaxt arasında gediş-gəlişə qoyulan məhdudiyyətlərlə izah edib:

“Təəssüf ki, Azərbaycan ciddi şəkildə idxaldan asılı olan ölkələr sırasındadır. Marketlərdən alınan qida daxil olmaqla, gündəlik istehlak məhsullarının əksəriyyətinin ölkə xaricində istehsal olunduğunu görürük. Xarici məhsullar almaq məcburiyyətində qalırıq. Bunun çoxsaylı səbəbləri var. Təəssüf ki, əsas səbəb məmur sahibkarlığı, iqtisadiyyatda inhisarçılıqdır, gömrük siyasətinin həyata keçirilməsi zamanı əhalinin əsas tələbatını nəzərə almamaq istəyidir.

Pandemiya dönəmində bir çox ölkələr ölkələr ərzaq qıtlığı zamanı daxili tələbatlarını ödəmək üçün bəzi malların ölkədən çıxışına qadağa qoydular. Belə dönəmlərdə iqtisadiyyatı stimullaşdırmaq üçün hökumətlər gömrük rüsumlarını azaldırdılar. Təəssüf ki, bizdə bu tendensiyanı görmədik. Əksinə, xaricdən gələn istehlak malları da daxil olmaqla elektron ticarətlə alınan məhsulların limiti idə aşağı salındı. Bu da əlavə bahalaşmaya səbəb oldu.

Gömrük statistikasına baxsaq görürük ki, idxaldan asılılığımız davam edir. Hesab edirəm ki, gömrük siyasəti normal vəziyyətdə həyata keçmir və ciddi islahata ehtiyac var.

Hökumət qurumları bəzən sahibkarları günahlandırırlar ki, guya süni qiymət artımına yol verilir, iqtisadiyyatda süni qiymət artımı yoxdur. Əslində iqtisadi proseslər normal idarə olunsaydı, bazarda qiymətlər optimallaşardı. Təbii ki, pandemiyanın təsiri də var. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda bölgələrdən paytaxta və paytaxtdan bölgələrə gediş-gəlişdə məhdudiyyətlər qoyuldu və bu da bazara təsirini göstərdi. Nəticədə qiymətlər sürətlə artdı”.

Cəvahir

www.yenicag.az

1685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv