!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bahali biletlər, alışıb-yanan OTEL QİYMƏTLƏRİ: Tanınmışlar harada dincələcək? – SORĞU/SİYAHI

!Reklam – Yazi

Artıq qızmar yayın ilk astanasındayıq. Bəziləri artıq istilərdən başını götürüb sərin məkanlara üz tutub, bəziləri isə tətilə hazırlıq görür. Yayın dadını çıxarmaq üçün kimisi Azərbaycanın bölgələrinə, kimisi də xarici ölkələrə üstünlük verəcək.

Yenicag.az-ın tannımışlar arasında keçirdiyi sorğunu təqdim edirik:

Aşıq Samirə: “Cavabım qısa olacaq: “Nökər nədir, bekar nədir””.

Ələkbər Əliyev, aktyor, əməkdar artist: “Qudam Qəbələdə yaşayır. Onların kənddə də evləri var. Adətən, yayda ailəlikcə onların evində istirahət edirik. Qohum evində dincəlmək sərf edir. Qalmağa pul vermirik. Bazarlıq edib qalırıq. Öz rayonumuz olan doğma Qubadlıda dincəlmək arzusundayam. Kəndimizin yanından çay axır, meşəli dağları göz oxşayır, gözəlliyini vəsv etmək sözə sığmaz. O yerlərin havası heç yanda yoxdur”.

Ülviyyə Əliyeva, aktrisa: “Yay istirahətini ailəmlə bərabər Azərbaycanda keçirəcəyik. Vətənimizin o qədər gözəl, gəzməli-görməli yerləri var ki… Qiymətlərə gəlincə, hər büdcəyə uyğun istirahət məkanları var. Kimin büdcəsi nəyə çatırsa, elə də dincəlir. Eləcə də biz. Büdcəmizə uyğun istirahət etməyi planlayırıq”.

Ağamirzə, meyxanaçı: “Azərbaycanın bölgələrinin birində dincəlməyi planlaşdırıram. Qaldı ki, bahalığa, hər zaman bahalıq olub. Amma digər ölkələrə baxanda yenə Azərbaycanımıza şükür”.

Kənan MM, rejissor: “Tik-Tok”da.

Əmrah Dadaşov, aktyor: “Biz Asya ilə (həyat yoldaşı, aktrisa Asya Atakişiyeva) adətən ölkə daxilində istirahət etməyi sevirik. Xarici ölkələrə səyahəti də xoşlayırıq, bu da maddiyyata bağlıdır. Amma son illər xaricdə istirahətlə ölkə daxilində istirahət arasında maddi baxımdan elə bir fərq də yoxdur. Ona görə, bu yay hələ hara gedib dincələcəyimizə tam qərar verə bilməmişik. Qiymətlərdə elə bir dəyişiklik olmasa, yəqin ki, xarici ölkələrin birinə səyahət edəcəyik”.

 

Vusalə Kərimova, aparıcı, prodüser: “Biz hələ düşünməmişik. Yaşar (müğənni Yaşar Cəlilov) da, mənim də birgə məhərrəmlik ayına qədər işlərimiz var. O vaxta qədər düşünərik. İşlərimiz dalbadal oluğu üçün istirahət barədə düşünmürük”.

 

Cəvahir

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv