!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bahalıq yox, israfçılıq var”, - deyən Akif İslamzadəyə Mirəliyevdən CAVAB: “Zibillikdən çörək yığır...”

!Reklam – Yazi

“Akif dostumdur, sənət yoldaşımdır. O, nə deyir, düz deyir, israfçılıq baş alıb gedir. Bəli, toylarda yeməklər tökülüb qalır, çörəyi zibilliyə atanlar olur”.

Bunu həmkarı Akif İslamzadənin “30 il bundan əvvəl ayda bir kiloqram yağ verirdilər, talonla insanlara ət verirdilər, bəs onda necə dolanırdılar? Bütün bu hadisələrin səbəbi israfçılıqdır, məsələnin kökündə məhz bu dayanır” fikrinə münasibət bildirərkən müğənni Əli Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.

Mirəliyev bahalığı israçılıqla əlaqələndirən Akif İslamzadənin fikirlərinə haqq qazandırmaqla bərabər öz fikirlərini də ifadə edib:

“Mən Akifin fikirləri ilə razılaşıram. O gözəl müğənnidir, məndən də gözəl oxuyur. Vaxtilə toylara da bərabər getmişik, dostum, qardaşımdır. Onun fikirlərinə qarşı çıxmıram. Amma bunu mən deyirəm ki, israfçılıq var, amma marketlərdə bahalıq da baş alıb gedir. İsrafçılığı edən də kasıb insanlar deyil, məmurlardır. Onlar da israfçılığı harınlıqdan edir. Zibil yeşiklərindən quru çörək yığan insan hansı israfçılığı edə bilər? Onlar zibillikdən yeməyə çörək axtarır”.

Qeyd edək ki, müğənni Akif İslamzadə Yenisabah.az-a açıqlamasında bahalaşmanın birbaşa israfçılıqla əlaqəli olduğunu deyib.

Cəvahir

www.yenicag.az

8872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv