!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bahar QARĞIŞ ETDİ: “Çəkdiyimin beş qatını Allah sənə çəkdirsin”

!Reklam – Yazi

“Qoy, gözəl Allahımız mən çəkdiyimin beş qatını ona çəkdirsin”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı “Evimin qonaqları” verilişində deyib.

Müğənni bir neçə il öncə səhhəti ilə bağlı problem yaşadığını və həmin vaxt kömək istədiyi doğmasının ona etdiyi pislikdən danışıb.
Bahar həmin adamı o dünyada da bağışlamayacağını bildirib:

“Allah bağışlayandır, amma məqam var ki, bağışlamaq mümkün olmur. Mənim üçün iki insan var ki, onları heç vaxt bağışlamayacam. İki il əvvəl ağır xəstələndim. Xəstəliyim barədə çox yaxın, doğma adamıma dedim və ondan maddi kömək istədim. Zaman gələr, adını da deyərəm, indi vaxtı deyil. Dedim, vəziyyətim çox pisdir, 5 min manat pul lazımdır. Sonradan eşitdim, deyib ki, mən ona pulu göndərərdim, amma o məndən pul almaqdan ötrü özünü tülkülüyə vurur. Elə bir yaxın adamdır ki, ondan başqa heç kimdən o pulu istəyə bilməzdim. Ondan pul istəyən günün səhəri Qazaxstana toya getdim. Həmin vaxt toy sahibinə xəstə olduğumu və gələ bilmədiyimi dedim. O isə dedi, niyyət etmişəm balamın toyuna səni gətirim. Fonoqram da olsa, gəl, bir mahnı oxu, get. Həmin toydan aldığım pul mənə kömək etdi. O toydan video da paylaşdım. O toyu əlində bəhanə edən həmin doğmam mənə dedi ki, pulu sənə göndərəcəkdim, bu videonu görəndən sonra fikrimi dəyişdim. O adama olan etibarım bir anın içində itdi. Onu o dünyada da bağışlamaram. Qoy, gözəl Allahımız mən çəkdiyimin beş qatını ona çəkdirsin. Çünki məni o qədər yandırdı ki, heç vaxt onu bağışlamaram”.

Nehru

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv