!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bahçeli Kılıçdaroğlunun CHP sədrliyindən getməsindən danışdı

!Reklam – Yazi

Türkiyədə iqtidardakı Cümhur İttifaqına daxil olan MHP sədri Devlet Bahçeli ötən şənbə keçirilən qurultayda partiya rəhbərliyindən gedən sabiq CHP sədri Kemal Kılıçdaroğlu barədə danışıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Bahçeli parlament fraksiyasının toplantısında Kılıçdaroğlunun qurultaydakı çıxışını şərh edib.

“Sədrlik yarışında uduzan cənab Kılıçdaroğlunun “kürəyimdəki xəncərlərlə seçkilərə getmək məcburiyyətində qaldım” etirafı gecikmiş bir etirafdır, boşuna bir sızlamadır”, – Bahçeli sinif yoldaşının çıxışını belə dəyərləndirib.

Qeyd edək ki, Kılıçdaroğlu İYİ Partiya sədri Meral Akşenerin onun namizədliyinə qarşı çıxaraq masadan qalxmasına eyham vuraraq “arxadan vurulduğunu” ifadə etmişdi.

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv