Reklam: High Technic
hightechnic

Bakalavr səviyyəsinə qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün elektron sınaq imtahanları keçiriləcək.

Yeniçağ.Az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirəcək.

Elektron sınaq imtahanınlarında iştirak üçün abituriyentlərin qeydiyyat müddəti, imtahanda iştirak etmək qaydaları haqqında növbəti həftənin əvvəlində məlumat veriləcək. Elektron sınaq imtahanlarının martın sonu, aprelin ilk günlərində keçirilməsi planlaşdırılır.

Yeniçağ.Az

www.yenicag.az

313