!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakcell Əhmədlidə yeni mağaza açdı - FOTOLAR

!Reklam – Yazi

Ölkənin ən böyük özəl mobil operatoru olan Bakcell yeni mağazasını abunəçilərin
ixtiyarına verib. Bununla birlikdə şirkət öz texnoloji yeniliklərini hər kəs üçün daha da
yaxın etmək imkanı yaradıb.

Əhmədli metrostansiyasının yaxınlığında yerləşən yeni mağazada modern
atmosfer, müasir standartlara cavab verən elektron növbə sistemi ilə yanaşı,
abunəçilərin Bakcell-in məhsulları ilə yaxından tanış ola biləcəkləri elektron guşədə
əməliyyatları sürətlə həyata keçirmək mümkün olacaq.

Mağazada premium zəng xidməti olan VoLTE-nin aktivləşdirilməsi, yeni nəsil sim
texnologiyası – eSim satışı, tarif və sürətli internet paketlərinin aktivləşdirilməsi ilə
yanaşı 10 növdən çox xidmət təqdim olunur.

“Bakcell olaraq hər zaman innovasiyanın və rəqəmsallaşmanın gücünə inanmışıq.
Əhmədli filialımız da bu gücü sizə daha yaxın etmək üçün bir vasitədir. Sərhədləri
aşaraq innovativ yenilikləri sürətlə ölkənin hər nöqtəsinə çatdırmaq əsas

hədəflərimizdən biridir.” – deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller bildirib.
Ölkənin dörd bir yanında “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı
kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv