Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması” layihəsi çərçivəsində təşkil edilmiş karyera sərginə qatılıb.

Bu proqram BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və “British Council” tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunur.Proqramın əsas məqsədi Bakıda yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediliblər. Əlilliyi olan şəxslər proqramda iştirak edərək müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını artırıb ki, bu da onlara gələcəkdə iş tapmaqda köməklik edəcək.

Tədbir zamanı iştirakçılara Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərlə yanaşı, aztəminatlı və həssas qruplara aid ailələrdən olan gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Bu fəaliyyət çərçivəsində, keçən il Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “British Council” tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına həsr olunmuş konfransın keçirilməsinə dəstək göstərib.Tədbir vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məsələlərə yönəldilib və bu istiqamətdə məlumatlılığın və Azərbaycanda yaşayan əlillərin iş imkanlarının artırılması üçün zəruri addımların atılması müzakirə edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Bakcell, Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb. Bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial sahibkarlıq bacarıqlarının artırılması üçün internet portalın yaradılmasıdır.Layihə çərçivəsində əlverişsiz sosial şəraitdə yaşayan, lakin sahibkarlıq və praktik bacarıqları olan şəxslərin iş tapmasına və ya onların məhsul və xidmətlərinin geniş kütləyə çatdırmasına dəstək göstərilir. Bu təşəbbüs müəyyən müddətdən sonra həmin şəxslərin sosial rifahının yüksəlməsinə və onların cəmiyyətə uğurlu inteqrasiyasına xidmət edəcək. Layihə çərçivəsində yaradılmış http://www.destekolaq.az/ internet səhifəsi karyera sərgisində nümayiş etdirilib, sərgi iştirakçılarına yeni sayt barədə geniş məlumat verilib.

Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

COP29