!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Atatürk Liseyində bayram tədbiri keçirildi – FOTO/VİDEO

!Reklam – Yazi

Türk Dünyası Bakı Atatürk Liseyində 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə məktəbin müəllim heyəti və şagirdlər, həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının və Türkiyənin Dövlət Himni səsləndirilib, vətən uğrunda canından keçən şəhidlərin ruhu yad edildikdən sonra məktəbin direktoru Eylem Gültetkin açılış nitqi səsləndirərək Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərindən danışıb, iki ölkə arasında inkişafın daim yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “mən idmançının ağıllı, çevik və əxlaqlı olanını sevirəm” sözləri çərçivəsində şagirdlər tərəfindən maraqlı idman nümunələri göstərilib, Türkün gücünü nümayiş etdirən hərbi məzmunlu kompozisiya nümayiş etdirilib.

Nəsimi Ələsgərli
Samir Məcidov

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv