Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı Atatürk Liseyində müəllimlər imtahan verdi - VİDEO

Bu gün Türk Dünyası Bakı Atatürk Liseyində müəllimlərin imtahanı baş tutub.

Yenicag.az xəbər verir ki, həm liseyin müəllimləri imtahan veriblər, həm də liseydə vakant yerlərə müəllimlər imtahan edilərək işə qəbul olunublar.

Atatürk Liseyinin müdiri Eylem Gültekin bununla bağlı saytımıza məlumat verib.

Eylem Gültekin bildirib ki, Atatürk Liseyi Azərbaycanda Türkiyə türkcəsində təhsil verən iki məktəbdən biridir:

“4-cü sinfə qədər Türkiyə türkcəsində təhsil veririk. 5-ci sinifdən sonra isə həm Azərbaycan dilində, həm də Türkiyə türkcəsində şagirdlərimiz təhsil alır. Şagirdlərimiz daha yaxşı təhsil alsın deyə, müəllimlərimizin savadını yoxlamaq üçün ixtisaslarına uyğun olaraq imtahan təşkil etmişik. Həmişə təhsil üçün çalışmışıq və həmişə də təhsil üçün çalışacağıq. “İki dövlət, bir millət!” şüarı ilə yola çıxaraq şagirdlərimizi daha yaxşı yetişdirmək üçün hər addımı atacağıq. Gələcəkdə Türkiyədə ali təhsil alıb yenidən Azərbaycana dönüb öz dövlətinə, millətinə xidmət edəcək şagirdlər yetişdiririk”.

Qənirə Məmmədli

Türk Dünyası Atatürk Liseyi 11-ci sinif şagirdi

Loading...

www.yenicag.az

2817
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100