Bakı Bəyannaməsi imzalandı

Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşünün bəyannaməsi imzalanıb.

Yenicag.az xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiynin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze imzalayıb.

Bildirilib ki, bu formatda ikinci görüş Gürcüstanda keçiriləcək. Görüşün tarixi isə qarşıdakı müddətdə dəqiqləşdiriləcək.

COP29