!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakı ermənilərə QAPI AÇIR: “İdmanı siyasiləşdirmək olmaz” –  AÇIQLAMA

!Reklam – Yazi

Avqustda Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak etmək üçün erməni idmançılar qeydiyyatdan keçiblər. Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mətbuat konfransında məlumat verib.

Azərbaycanda təşkil ediləcək yarışda erməni idmançılarına münasibət necə olacaq? Onların təhlükəsizliyi necə təmin ediləcək?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında idman jurnalisti Sənan Şərifzadə erməni idmançıların Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirakını normal hesab etdiyini bildirib:

“Erməni idmançıların Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirakı normaldır. Çünki biz Azərbaycanda keçirilən bütün yarışlarda mütləq qaydada istənilən bir ölkənin idmançılarının təhlükəsizliyinə zamin oluruq.

Ermənistanda keçirilən ağır atletika üzrə çempionatın açılış mərasimində idmançılarımıza qarşı edilən hərəkətlər onların barbarlığını nümayiş etdirdi. Onlardan fərqli olaraq, biz hər zaman yüksək standartlara cavab verən yarışlar təşkil etmişik. Bu baxımdan dünyanın etimadını qazanmışıq.

Hesab edirəm ki, erməni idmançıların Bakıda yarışda rahat şəkildə iştirakı təmin ediləcək. Onlar yarışda iştirak etməklə Bakının inkişaf etdiyini və gözəlliyini görəcəklər. Ümumiyyətlə, hər kəs görməlidir ki, biz idmanı siyasətə qatmırıq”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə ölkəsindən asılı olmayaraq bütün idmançıların təhlükəsizliyinin təmin edilməsinin əsas prioritetlərimizdən biri olduğunu deyib:

“Ümumiyyətlə, idmanı siyasiləşdirmək olmaz. İndiyə qədər Azərbaycanda bir çox beynəlxalq yarışlar, tədbirlər keçirilib. Nəinki erməni əsilli vətəndaşların, həmçinin digər xarici ölkələrdən olanların da iştirakı ilə Azərbaycanda böyük tədbirlər, idman yarışları baş tutub. Bu günə qədər hansısa ölkənin dövlət rəmzlərinə və onların təmsilçilərinə qarşı hər hansı bir neqativ münasibət, eləcə də həyat və sağlamlıq üçün təhlükəli hallar olmayıb. Bu da Azərbaycanın belə məsələlərə nə qədər həssas yanaşdığının göstəricisidir.

Azərbaycanda keçirilən beynəlxalq yarışlarda ölkəsindən asılı olmayaraq bütün idmançıların təhlükəsizliyinin təmin olunması bizim əsas prioritetlərimizdəndir.

Xatırlayırsınızsa, Bakıda təşkil edilən beynəlxalq idman yarışında ölkə başçısı tərəfindən erməni əsilli idmançıya mükafat təqdim edilmişdi. Bu, əlbəttə ki, Azərbaycanda xarici idmançılara qarşı necə münasibət göstərilməsinin təzahürüdür. Ancaq, əfsuslar olsun ki, Ermənistanda keçirilən son idman turnirində azərbaycanlı idmançılara qarşı barbar münasibət göstərilmişdi. Bu da onların nə qədər mənəviyyatsız, əxlaqsız, riyakar olduğunu bir daha nümayiş etdirdi.

Bütün bunlara baxmayaraq, Azərbaycanda keçirilən beynəlxalq yarışlarda ölkəsindən asılı olmayaraq bütün idmançıların təhlükəsizliyinin təmin olunması əsas prioritetlərimizdəndir”.

Sadiq Cavadov

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv