!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı ilə İrəvan arasında sülh müqaviləsi bu ölkədə İMZALANA BİLƏR

!Reklam – Yazi

Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihəsi ABŞ-də razılaşdırıla bilər.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan deyib. Marukyan bildirib ki, Ermənistan və Azərbaycanın xarici işlər başçılarının ABŞ-də görüşü barədə razılıq əldə olunub. O, Ermənistanın İctimai televiziyasının efirində bildirib ki, yanvarda keçiriləcək görüşdə tərəflər sülh müqaviləsinin yekun layihəsini razılaşdıra bilərlər.

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur. Sülh müqaviləsinin mətninin nəhayət xarici işlər nazirləri səviyyəsində yanvarda ABŞ-də keçiriləcək görüşdə razılaşdırılacağına ümid var”, – Marukyan qeyd edib.

O, Azərbaycanın bu görüşə razı olduğunu bildirib.

Qeyd edək ki, dekabrın 6-da prezident Əliyev bəyan edib ki, “ABŞ Konqresində keçirilən məşhur dinləmələrdən əvvəl Azərbaycan Vaşinqton yolu deyilən yol ilə (Ermənistan və Azərbaycan arasında ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar nəzərdə tutlur – red.)) gedirdi”. Lakin o, indi bu istiqamətin bir kənara qoyulduğunu vurğulayıb.

Xuraman Etibarlı

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv