!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı ilə İrəvandan YENİ HƏRƏKƏTLİLİK: “Atəşkəsin pozulması yeni situasiya olmasa da...”

!Reklam – Yazi

“Xeyli vaxtdır, sülhün əldə olunmasına maneə yaradan əsas amillərdən biri də məhz sərhəddə baş verən erməni təxribatlarıdır”.

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramovun yaxın perspektivdə Azərbaycan-Ermənistan nümayəndə heyətləri arasında görüş keçiriləcəyinə dair anonsunu şərh edən politoloq Mətin Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Münhen təhlükəsizlik konfransında yaxın perspektivdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüşün keçiriləcəyi barədə məlumat səsləndirilmişdi:

“Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri arasında uzun müddətdir, görüş keçirilməyib. Lakin hazırda iki ölkənin təmsilçiləri arasında görüşün baş tutması ehtimalı yüksəkdir.

Hər kəsin bildiyi kimi, sülh müqaviləsinin imzalanması hazırda əsas müzakirə mövzusudur. Ancaq müzakirə edilməsi vacib olan kommunikasiya, delimitasiya və digər vacib məsələlər də var. Bu amillər göz önünə gətirildikdə, tərəflər arasında sülhlə bağlı təkliflərin mübadiləsi artıq həyata keçirilib.

Ancaq müəyyən müddət davam edən sabitlikdən sonra atəşkəsin yenidən pozulması halları qeydə alınır və bu, təəssüf doğurur. Bu yeni situasiya olmasa da, atəşkəsin pozulması hazırki sülh prosesinə mənfi təsir edir. Xeyli vaxtdır sülhün əldə olunmasına maneə yaradan əsas amillərdən biri də məhz sərhəddə baş verən erməni təxribatlarıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv