!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı ilə İrəvanı yaxınlaşdıran AMİLLƏR: “Münasibətlərdə müşahidə olunan normallaşma...”

!Reklam – Yazi

“Azərbaycandan fərqli olaraq, Ermənistanda hakimiyyətin mövqeyi o qədər də möhkəm deyil”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında əldə olunan son anlaşmaların nizamlama prosesinə mümkün təsirini şərh edən politoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, tərəflərin mövqelərində ciddi ziddiyyətlər olsa da, müəyyən mərhələdən sonra uzlaşma nöqtələrinin tapılması qaçılmaz idi:

“Azərbaycan prezidenti İlham Əliyev Ermənistan və havadarlarına qəti siyasi iradə göstərməklə, dövlətimizin öz milli maraqlarından bir addım belə geri çəkilməyəcəyini göstərdi.

Bu səbəbdən, Ermənistan son anda Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmağa məcbur oldu.

Ermənistanın bunu öz xoşuna etmədiyini xüsusi vurğulamaq lazımdır. Hazırda münasibətlərdə müşahidə olunan normallaşma meyllərinin yaranması ABŞ dövlət katibinin köməkçisinin Azərbaycana səfəri ilə üst-üstə düşdü.

Yəni ABŞ-nin Ermənistana ciddi təsirinin olduğu danılmaz faktdır. Bu addımla ABŞ danışıqlar prosesində özünə dividend qazanmaq istədi. Ancaq buna aldanmaq olmaz, prosesin gedişində hər şey gözlənilə bilər.

Ermənistan qeyri-sabit dövlətdir. Azərbaycandan fərqli olaraq, Ermənistanda hakimiyyətin mövqeyi o qədər də möhkəm deyil. İrəvanda hazırda ciddi siyasi proseslər müşahidə olunur və Ermənistanən baş naziri Nikol Paşinyan hər an hakimiyyətdən gedə bilər.

Bunun baş verməsində müəyyən xarici qüvvələrin marağı var. Keçmişə nəzər salsaq, Ermənistanın Azərbaycanla sülhə yaxın olduğu dönəmdə parlamentə silahlı hücumun baş verdiyini xüsusi xatırlamaq lazım gəlir. Belə ssenarilərin təkrarlanması mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv