!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı İstintaq Təcridxanasında bit var?

!Reklam – Yazi

Son günlər sosial şəbəkələrdə Kürdəxanı təcridxanasında bit xəstəliyinin yayılması barədə məlumatlar paylaşılır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Yenicag.az-a bildirilib ki, təcridxanada bit xəstəliyi yayılması haqda deyilənlər həqiqəti əks etdirmir:

“Qeyd edilənlər həqiqəti əks etdirmir, bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır.

Bakı İstintaq Təcridxanasında (BİT) qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur.

Həbs edilmiş şəxslərə həftədə 1 dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır.

Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər”-deyə Xidmətin cavabında qeyd edilib.

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv