Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakı Kitab Mərkəzində İlbər Ortaylı izdihamı - FOTOLAR

Bakı Kitab Mərkəzində türkiyəli tarixçi, professor İlbər Ortaylının “Türklərin qızıl dövrü” kitabının təqdimatı və imza günü keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyi və Türkiyə və Azərbaycan İşadamları və Sənayeçilər İctimai Birliyinin dəvəti ilə Azərbaycanda ikinci dəfə qonaq olan İlbər Ortaylı Bakı Kitab Mərkəzində azərbaycanlı oxucuları ilə görüşüb. Onun “Türklərin Qızıl dövrü” kitabı oxuculara təqdim olunub.

Marağın həddindən artıq olduğu və izdihamın yaşandığı təqdimatda İlbər Ortaylı Azərbaycanda olmaqdan məmnunluq duyduğunu və bu böyük maraqdan xoşhal olduğunu dilə gətirib. Təşkilatçılara təşəkkürünü bildirən Ortaylı “Türklərin Qızıl dövrü” kitabının əsas mövzusunu oxuculara açdıqdan sonra onların suallarını cavablandırıb.

Daha sonra kitabın imza qisminə keçid alınıb. Tədbirdə İlbər Ortaylı oxucularla səmimi münasibət quraraq kitabları imzalayıb.

Tədbirdə bir sıra tanınmış şəxslər, təşkilatçılardan Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələri, TÜİB sədri Hüseyin Büyükfırat, yazıçı Anar və başqa nüfuzlu şəxslər də iştirak edib.

Qeyd edək ki, İlbər Ortaylı bundan əvvəl 14 aprel tarixində Heydər Əliyev Mərkəzində “Qafqaz tarixi” mövzusunda mühazirə deyib. Tanınmış tarixçinin Azərbaycan proqrsmı davam edir.

 

www.yenicag.az

2816
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM