Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlber Ortaylıdan kral ailəsində baş verənlərə MARAQLI MÜNASİBƏT

Məşhur elm xadimi, tarixçi İlber Ortaylı şahzadə Harri və Meqanın sarayı tərk etməsini şərh edib.

Yenicag.az xəbər verir ki, “CNN Türk” kanalının qonağı olan professor canlı yayımda baş verənlərə öz münasibətini bildirib. Şahzadə Harri və aktrisa Meqan Marklın kraliyyət ailəsindəki ali vəzifələrindən imtina edərək öz həyatlarını quracaqlarını bildirdikdən sonra ən maraqlı şərhi isə məhz İlber Ortaylı verib. O qeyd edib: “Meqanın saraydan gələn gəlirdən razı qaldığını düşünmürəm, çünki o, məşhur ulduz olduğu zaman daha çox pul qazanırdı”.

Həmçinin, professor belə bir məqama da diqqət çəkib ki, artıq Meqan istəsə də, əvvəlki qədər pul qazana bilməyəcək: “Kral ailəsinin bir üzvü olaraq artıq bir sıra işləri etməyəcək, reklama çəkilə bilməyəcək. Yəqin ki, onlar bunun hesabını aparıblar. Bu, həyat deyil. Eh, ərinin də taxt sırası 6-dır”.

Loading...

www.yenicag.az

816
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100