Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Bakı klubu daha bir legioner hücumçu gətirdi

Reklam: Sinerji Pro

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” bundan sonra daha bir legioner futbolçunun xidmətindən yararlanacaq.

Yenicag.az xəbər verir ki, uqandalı hücumçu Faruk Miya paytaxt klubunun heyətinə cəlb olunub. Daha əvvəl Belçikanın “Standard” (Liege) komandasında çıxış edən Miya mövsümün sonuna qədər icarə əsasında “Səbail”də oynayacaq.

Futbolçu “transfer pəncərəsi” dövründə (07.02.2018) Peşəkar Futbol Liqasında müvafiq qaydada qeydiyyatdan keçirilsə də, Premyer Liqanın qış fasiləsindən sonra keçirilmiş ilk turunda viza məsələsinin həlli ilə əlaqədar adı heyətə daxil olunmamışdı. Artıq bütün sənədləşmə işləri tam həllini tapıb və uqandalı futbolçunu növbəti turlarda “Səbail”in heyətində görmək mümkün olacaq.

www.yenicag.az

1134
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM