!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakı Kristal Zal”da yanğın - Təlimdən VİDEO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Səbail rayonu ərazisində yerləşən “Bakı Kristal Zalı” kompleksində yanğın-taktiki təlim keçirib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğın zamanı obyektin müvafiq heyətinin zəruri davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması, yanğınsöndürmə qüvvələrinin operativ qaydada əməliyyat şəraitinin qiymətləndirilməsi və yanğının dərəcəsi barədə müvafiq qərarın qəbul olunması, yanğınla effektli mübarizə məqsədilə həlledici döyüş istiqamətinin müəyyənləşdirilməsi, yüksək saylı çağırışla cəlb olunan texnikaların qarşılanması və yönləndirilməsi, rabitə və arxa sahənin təşkil olunması, yanğınla mübarizə tədbirləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi və döyüş hərəkətlərinin aparılması qaydaları üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Şərti yüksək saylı çağırışla təlimə cəlb olunan Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvə və vasitələri tərəfindən şərti olaraq köməksiz vəziyyətdə qalmış insanlar xüsusi vasitələrdən istifadə edilməklə “xilas olunub”, baş vermiş “yanğın” qısa müddətdə “tam söndürülüb”.

Uğurla keçirilmiş təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv