!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı küçələri qışa hazırdır? - "Problem qaçılmazdır" - AÇIQLAMA

!Reklam – Yazi

“Yollarda qarın təmizlənməsi və buzlaşmanın aradan qaldırılması istiqamətində texnika, duz-qum ehtiyatı hazır vəziyyətdədir”.

Bunu cəmiyyətdə yaranan “Bakı yolları bu il sərt keçəcək qışa hazırdırmı?” sualına cavab verən Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, hər il oktyabr ayından payız-qış fəslinə hazırlıqla bağlı agentlik tərəfindən işlərə start verilir:

“Noyabr ayında hazırlıq yekunlaşır. Bakıda hiss olunmasa da, dağətəyi və dağlıq rayonlarda qar yağmağa başlayıb. Qar mövsümü ilə bağlı həm respublika üzrə, həm də Bakı şəhəri və ətraf yollarda qarın təmizlənməsi və buzlaşmanın aradan qaldırılması istiqamətində texnika, duz-qum ehtiyatı hazır vəziyyətdədir. Problem yaranacağı təqdirdə qısa zamanda aradan qaldırılacaq.

Bu, problem olmayacaq mənasına gəlmir. Təbii zəmindən yaranacaq problem qaçılmazdır. Sürücülər buz bağlayan yollarda ehtiyatlı hərəkət etməlidir. Avtomobil qış fəslinə uyğun təchiz olunmadığı təqdirdə sürücü mütləq problemlə rastlaşacaq və digər nəqliyyat vasitələrinə də narahatlıq yaradacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv