!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Limanının beynəlxalq ƏHƏMİYYƏTİ: "Ölkəmizin tranzit imkanlarının genişləndirilməsi baxımından..."

!Reklam – Yazi

“Görünən odur ki, artıq 15 milyon ton yük aşırma potensialı bizim üçün yetərli deyil və bu rəqəmi artırmaq zərurəti yaranıb”.

Bu sözləri Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının hazırkı potensialı və gələcək imkanlarını dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, multimodal yükdaşımanın tam fəaliyyəti üçün dəniz, quru və dəmir yollarının tam gücüylə fəaliyyətinin əhəmiyyəti çox böyükdür:

“Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı Mərkəzi Asiyadan Azərbaycana və Qərbə, eynin zamanda Qərbdən də Azərbaycan və Mərkəzi Asiyaya yükdaşımaların həyata keçirilməsi üçün istifadə edilən alternativ marşrutlardan biridir. Bu limanın təməli qoyulan zaman yükdaşımalarının dövriyyəsi 15 milyon ton olaraq nəzərdə tutulurdu.

Ötən il prezident müşavirələr zamanı qeyd edirdi ki, bu rəqəm gələcək nəticələr üçün artırılmalıdır. Buna görə də bu ilin dövlət büdcəsindən Ələtdəki yük aşırma imkanlarının artırılması istiqamətində vəsaitlər ayrıldı və bununla bağlı müvafiq işlər görüldü. Onsuz da bizim üçün Çin, Mərkəzi Asiya ölkələri və digər bu kimi dövlətlərin bu prosesdə iştirakı o qədər də əsas deyil. Bizim üçün əsas maraq doğuran məqam ondan ibarətdir ki, yükdaşıma imkanları tam gücüylə davam etsin.

Görünən odur ki, artıq 15 milyon ton yük aşırma potensialı bizim üçün yetərli deyil və bu rəqəmi artırmaq zərurəti yaranıb. Limanın ötürmə gücünün təqribən 70 faiz artırılması ehtimal edilir. Demək olar ki, bu istiqamətdə işlər gedir.

Sözsüz ki, sadalanan bu cəhətlər ölkəmizin tranzit imkanlarının genişləndirilməsi baxımından da müsbət qiymətləndirilir. Həmçinin Mərkəzi Asiya və Şərq ölkələriylə ticari əməkdaşlığı üçün əlverişlidir. Bir məqamı da nəzərə almaq lazımdır. Sözügedən limandan yüklər yola salınır və qəbul edilir. Qazaxıstandan limana daxil olan neft məhsulları da önəm kəsb edir. Tranzitin daha əlverişli forma alması üçün eyni zamanda Zəngəzur dəhlizinin açılması lazımdır. Buraya gələn yüklər dəmiryolu vasitəsilə Qərbə – Türkiyəyə ötürülməlidir. İkinci məqam isə Bakı-Tiflis-Qars xəttinin tam gücüylə fəaliyyət göstərməsinin vacibliyidir. Bu da multimodal yükdaşıma üçün önəmlidir. Ona görə də hər 3 nəqliyyat növünün: dəniz, quru və dəmir yollarının tam gücüylə fəaliyyətinin əhəmiyyəti çox böyükdür”.

Yusif Səmədzadə

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv