Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı mağazalarındakı endirimlər saxtadır - İDDİA

Mövsümi dəyişikliklərlə bağlı olaraq hər il olduğu kimi cari ildə də paytaxtın müxtəlif mağazalarında yüksək faizli endirimlər tətbiq olunur. 50-60, bəzən hətta 70-80 faiz civarında endirimlərə belə rast gəlmək mümkündür. Görəsən, bu endirimlər nə dərəcədə realdır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İstehlakçıların Maarifləndirilməsi və Hüquqlarının Müdafiəsi İB sədri Azər Sərdarov bildirdi ki, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir:

“Bakı mağazalarındakı endirimlər saxtadır. Saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılması kateqoriyasına aiddir. Çünki bu halda süni şəkildə istehlakçıları aldadırlar. Ona görə də bütün mağazalar endirimlə bağlı reklam verən zaman bu endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. Hazırda mağazalar ən yüksək endirimləri elan edirlər, əslində isə bu, qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsinlər. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir”.

Məsələnin həlli üçün A. Sərdarov bu istiqamətdə müvafiq qanunun qəbul edilməli olduğunu bildirdi: “Bu qanun çərçivəsində saxta endirimlərlə bağlı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi xüsusən də iri marketlərdə qiymətlərin monitorinqini aparmalı, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir”.

Həmsöhbətimizin fikrincə, satılan məhsulun çek və qaiməsinin üzərində sonuncu qiymət ilə yanaşı əvvəlki qiymətin əks olunmasına ehtiyac var ki, endirimlərin baş verib-vermədiyini görmək mümkün olsun.

ELÇİN

Yenicag.az

www.yenicag.az

583
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100