!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı məktəbində Zəfər Günü təntənə ilə qeyd olundu – FOTOLAR/VİDEO

!Reklam – Yazi

Paytaxtda yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə məktəbin müəllim-şagird heyəti, qazilər və şəhid ailələrinin üzvləri, QHT təmsilçiləri, media nümayəndələri iştirak ediblər.

Tədbiri, giriş nitqi açıq elən edən məktəbin direktoru Könül Təhməzova çıxışı zamanı deyib ki, qəhrəman Azərbaycan əsgərlərinin yazdığı Zəfər tarixi haqqında tədbirlərin keçirilməsini daim diqqət mərkəzində saxlamaq, yetişən gənc nəsli vətənpərvər ruhda böyütmək, gələcəkdə beynəlxalq arenalarda Azərbaycanı qürurla təmsil etmələri üçün çalışmaq lazımdır.

Şəhid anası Samirə Səmədova çıxışında illər öncə oğlunun da bu məktəbdən məzun olduğunu və qazi olduğu dönəmlərdə dəfələrlə şagirdlərlə görüşüb, özünün və döyüş yoldaşlarının qəhrəmanlıqlarından danışdığını vurğulayıb.

Bəhruz Məmmədzadə qeyd edib ki, 44 günlük müharibə zamanı qəhrəman döyüşçülərin əsas motivasiya mənbəyi yetişən gənc nəslin gələcəkdə azad olunan torpaqlarda rahat yaşaması və hər zaman ölkəmizi xaricdə qürurla təmsil etməsi idi.

Mayor Anar Quliyev əvvəllər məktəblərdə keçirilən tədbirlərin sonunda hər zaman. “Qarabağın azad olunmasını görək”, “növbəti bayramı orada qeyd edək” dualarının edildiyini bildirib,  bu gün  Qarabağın azad olunduğunu, Azərbaycanın suverenliyi bərpa etdiyini qürurla vurğulayıb.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxışı zamanı bildirib ki, Ali Baş Komandan, prezident İlham Əliyevin əzmi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub və artıq ölkəmizin hər qarışında bayrağımız dalğalanır. Bu isə uşaqdan-böyüyə qədər hər kəsin sevincinə səbəb olur.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Zəfər Günü ilə bağlı keçirilən tədbirlərin davamlı olmasını, Zəfər tariximizin yetişən gənc nəsllə daima təbliğ edilməli olduğunu deyib.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və “Diaspor” İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili isə deyib ki, gənc nəsli daim vətənpərvərlik ruhunda, vətəninin və millətinin xidmətində durması üçün yetişdirmək lazımdır.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bir zamanlar məktəblərdə keçirilən tədbirlərdə uşaqların gülmədiyini, lakin indi üzlərinin güldüyünü, sevinc hissləri ilə hər kəsin qarşısında çıxış etdiklərini deyib.

Məktəbin rus bölməsinin 5-6-cı sinif şagirdlərinin hazırladıqları kompozisiyada qalib Azərbaycan ordusunun rəşadətli əsgərlərinin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları əks etdirən səhnəciklər göstərilib, milli rəqslərimiz ifa olunub, Zəfər tariximizi tərənnüm edən şeirlər səsləndirilib.

Qeyd edək ki, kompozisiyalar məktəbin rus bölməsində təhsil alan şagirdlər tərəfindən Azərbaycan dilində hazırlanıb. Bu, şagirdlərin vətənpərvər ruhda yetişdirildiyinin və onlara aşılanan ana dili sevgisinin göstəricisidir.

Nəsimi Ələsgərli
Samir Məcidov

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv